Azərbaycan millisində dəyişiklik: “Neftçi”nin üzvü “Qarabağ”lını əvəzlədi

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 6-da keçirilmiş “Qarabağ” – “Sabah” oyununda (2:0) zədələnən Mahir Emreli millinin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək.

Onun əvəzində, “Neftçi”dən Namiq Ələsgərov yığmanın heyətinə dəvət olunub.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button