Kubokun finalında azarkeşlərə “yaşıl işıq”

Futbol üzrə Türkiyə kubokunun final matçına azarkeşlər buraxılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Fubol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. Mayın 18-də, “Beşiktaş”la “Antalyaspor” komandaları arasında “Gürsəl Aksel” stadionunda keçiriləcək final matçına stadionun tutumunun üçdə biri qədər azarkeş buraxılacaq.

Mayın 18-də keçiriləcək “Beşiktaş” – “Antalyaspor” matçı saat 21:45-də start götürəcək.