Məğlub olmayan baş məşqçi istefaya göndərildi

Futbol üzrə Misir milli komandasının baş məşqçisi Hossam Əl-Badri vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Hossam DÇ-2022-nin seçmə mərhələsinin Qabonla matçından (1:1) sonra istefaya göndərilib.

Misir yığması 61 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 oyuna çıxıb və uduzmayıb. Komanda bu matçlarda 5 qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button