Koronavirusa yoluxmada ən aşağı göstərici qeydə alındı – Premyer Liqada

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 22-28 mart aralığında 2210 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib. Bu, mövsüm ərzində qeydə alınan ən aşağı göstəricidir.

Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və o, 10 günlük karantinə alınıb.