Premyer Liqada koronavirusa bir yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 3-9 may aralığında 2712 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və o, 10 günlük karantinə alınıb.