Premyer Liqada koronavirusa 1 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 29 mart-4 aprel aralığında 2264 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və o, 10 günlük karantinə alınıb.