Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı SİYAHI

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının heyəti açıqlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Azərbaycan və 10-da Belarusla yoldaşlıq oyunları üçün 26 futbolçuya dəvət göndərib:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə);

Müdafiəçilər: Etan Ampadu (“Leyptsiq”, Almaniya), Ben Deyvis (“Tottenhem”, İngiltərə), Kris Qunter (“Ridinq”, İngiltərə), Ceyms Lavrens (“Anderlext”, Belçika), Tom Lokyer (“Çarlton”, İngiltərə), Kris Mepham (“Bornmut”, İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi “Suonsi”), Neyl Teylor (“Aston Villa”, İngiltərə);

Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”, İngiltərə), Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Co Morrell (“Linkoln”, İngiltərə), Aron Remsi (“Yuventus”, İtaliya), Mettyu Smit (“Kuinz Park Reyncers”, İngiltərə), Uill Vaulks (“Kardiff”), Harri Uilson (“Bornmut”, İngiltərə), Conni Uilyams (“Çarlton”, İngiltərə);

Hücumçular: Qaret Beyl (“Real”, İspaniya), Rayan Hedges (“Aberdin”, Şotlandiya), Tom Lavrens (“Derbi”, İngiltərə), Kifer Mur (“Viqan”, İngiltərə), Ben Vudburn (“Oksford Yunayted”, İngiltərə), Sem Uoks (“Stok Siti”, İngiltərə).

Uels – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button