“Turan Tovuz” 3 xalı 3 qolla qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 11-ci turun son iki oyunu keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Zaqatala” “Sabah-2” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb – 3:0.

“Keşlə-2” bu tur çərçivəsində “Qaradağ Lökbatan”ı qəbul edib. 7 qolun vurulduğu matçda meydan sahibləri qələbəyə sevinib. Günün son matçında “Kəpəz” “Sumqayıt-2” ilə qarşılaşıb və görüş qollu bərabərliklə bitib – 2:2.

Turun qalan iki oyunu bu gün keçirilib. “Turan Tovuz” “Qarabağ”ın ikinci komandasını böyük hesabla məğlub edib. “Netçi-2” isə səfərdə MOİK-in qapısından üç cavabsız top keçirib.

Birinci divizion, 11-ci tur

18 dekabr

Zaqatala – Sabah-2 3:0
Qol:
Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zaqatala şəhər stadionu

Keşlə-2 – Qaradağ Lökbatan 4:3
Qol:
Emin Quliyev, 27. Elvin Sərkərov, 71-avtoqol. Elmir Rəhimzadə, 77. Elnur Süleymanov, 81 – Nizami Səmədov, 59. Sərcan Omarov, 78-avtoqol. Hüseyn Hüseynli, 90+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”

Kəpəz – Sumqayıt-2 2:2
Qol:
Ruslan Süleymanov, 46. Emil Qasımov, 47 – Elçin Əsədov, 24-pen. Rüstəm Hümbətov, 42.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu

19 dekabr

Turan Tovuz – Qarabağ-2 3:0
Qol:
Nurlan Şabanov, 71. Vidadi Cəfərov, 80; 90+1.
Hakimlər: Fərid Hacıyev, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu, 14:00

MOİK – Neftçi-2 0:3
Qol:
Əli Mürsəlov, 28-pen. İbrahim Qədirzadə, 30. Nihad Qurbanlı, 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 14:00