Almaniya millisində 2 itki – türk futbolçuya dəvət

Futbol üzrə Almaniya milli komandasında iki itki baş verib.

Komanda.az xəbər verir ki, yığmanın üzvləri – Toni Kroos və Yonas Hektor zədələnib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu Almaniya millisinin təlim-məşq toplanışına qatılmayacaq. Onların əvəzinə yığmaya “Şalke”dən türk əsilli futbolçu Suat Serdar dəvət olunub.

Almaniya millisi əvvəlcə oktyabrın 9-da Argentina yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yoahim Lövün rəhbərlik etdiyi komanda oktyabrın 13-də isə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq.