Messi “Mançester Siti” ilə oyunda olacaq?

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının qrup mərhələsində İngiltərə “Mançester Siti”sinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisi Lionel Messinin bu oyunda iştirak edib-etməyəcəyiylə bağlı bunları deyib:

“Dünyanın ən yaxşı oyunçusu haqda danışırıq. Başa düşməliyik ki, o, komandaya yeni gəlib və uyğunlaşmalıdır. O, ailəmizin bir üzvüdür. Messiyə özünü rahat hiss etməsi üçün vaxt vermək lazımdır. Hər şey onun üçün yenidir.

Messi “Mançester Siti” ilə oyunda olacaq? Bunu heyəti açıqlayanda biləcəksiz”.

Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button