PSJ-də Mbappe və Messi narahatlığı

Fransanın PSJ klubunun futbolçuları – Kilian Mbappe və Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Leyptsiq”ə (Almaniya) qarşı keçiriləcək səfər matçını buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Mbappenin səhhətində problem var. Onun qripə yoluxduğu bildirilir. Messi isə əzələsindəki problemə görə komandadan ayrı – fərdi məşq edir.

Hər iki oyunçu “Leyptsiq”lə noyabrın 3-də keçiriləcək səfər oyununu buraxa bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button