Messi: “Bu gün rəsmən həyatım dəyişdi”

Fransanın PSJ klubu yeni transferi Lionel Messini təqdim edib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçunun mətbuat konfransı keçirilib. Messi, media nümayəndələri ilə görüşdə həyəcanlı və xoşbəxt olduğunu deyib:

“Çox xoşbəxt, istəkli və həyəcanlıyam. Bu gün rəsmən həyatım dəyişdi, yeni mərhələyə başlayıram və çox istəkliyəm.

“Barselona”dan ayrılmaq çətin idi, ancaq yenə də, burda olduğum üçün xoşbəxtəm. Səbirsizəm və tezliklə məşqlərə başlamaq istəyirəm.

Bura çox tez uyğunlaşdım. Daim oynamaq və uğurlar qazanmaq istəyirəm. Hər kubok uğrunda mübarizəyə hazıram. PSJ bütün titulları qazanmaq iqtidarında olduğu üçün burdayam”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button