PSJ-də yeni müqavilə – rəsmi

Fransanın PSJ klubu futbolçusu Yulian Drakslerin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, alman yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Liqa 1-də 24 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığmasının da üzvü olan Drakslerin PSJ ilə əvvəlki müqaviləsi yaya qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button