Rəsmi: “Monako”dan 40 milyonluq hücumçu transferi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Sevilya”dan Vissam Ben Yedderi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Monako” Ben Yedder üçün “Sevilya”ya 40 milyon avro təzminat ödəyib.

Fransa millisinin də formasını geyinən Ben Yedder, 2016-cı ildə “Tuluza”dan “Sevilya”ya keçmişdi. La Liqa klubu ilə 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.