“Monako” “Bavariya”nın futbolçusu ilə gücləndi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bavariya”dan Aleksandr Nübeli icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Monako” 24 yaşlı qapıçı ilə iki illik icarə müqaviləsi imzalayıb.

“Bavariya” istəsə, yeni mövsümün sonunda Nübeli geri qaytarmaq hüququna malikdir.

Nübel ötən mövsüm “Bavariya” ilə 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button