“Lion” bombardirlə anlaşdı

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Havr” klubundan Tino Kadevere ilə müqavilə imzalayıb. Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Kadevere mövsümün sonuna qədər “Havr” klubunda icarədə qalacaq. Zimbabveli hücumçu 2020-ci ilin yayında “Lion”a qoşulacaq.

Bu mövsüm Liqa 2-də “Havr” formasıyla 20 oyuna çıxan Kadevere, 18 qolla çempionatın bombardiridir.