Belçika millisinin kapitanı “Lill”də – rəsmi

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Hamburq”dan Amadu Onananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Lill” Onana üçün “Hamburq”a 7 milyon avro ödəyib. Seneqal əsilli belçikalı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Onana Belçikanın U-21 yığmasının kapitanıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button