Anri Fransa klubuna “yox” dedi

Fransanın “Bordo” klubunda baş məşqçi postu üçün Tyerri Anriyə təklif göndərilib.

Komanda.az xəbər verir ki, fransalı keçmiş hücumçu Liqa 1 klubuna “yox” deyib. Bu barədə “Goal” nəşri məlumat yayıb.

Anri hazırda Belçika yığmasında baş məşqçi Roberto Martinesin köməkçisidir.