Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı idmançı diskvalifikasiya olundu

Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Komanda.az xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib. Yarışdan kənarlaşdırılan Murad Əliyev hakimin qərarı ilə razılaşmayıb və ona kəskin şəkildə etiraz edib, dişliyi yerə çırpıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button