Trezeqe Mbappe haqda: “Düz yoldadır”

Fransa milli komandasının sabiq hücumçusu David Trezeqe PSJ-nin futbolçusu Kilian Mbappe haqqında açıqlama verib.

Komanda.az xəbər verir ki, “Le Parisien” nəşrinə danışan Trezeqe, Mbappenin Kriştiano Ronaldo və Lionel Messinin davamçısı olacağını deyib:

“Mbappe düz yoldadır. Onu Ronaldo və Messinin davamçısı kimi göstərirlər. Düşünürəm ki, Mbappe onların yerini tutmağa ən yaxın futbolçudur”.

Mbappe bu mövsüm PSJ ilə 38 oyunda 32 qol vurub.