PSJ darmadağınla finalda

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Lion” doğma meydanda “Renn”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşma “Renn”in qələbəsiylə başa çatıb. Nəticədə, bu komanda ilk finalçı olub.

Digər finalçının adına PSJ – “Nant” matçında aydınlıq gəlib. Paris təmsilçisi darmadağınla həlledici oyuna vəsiqəni təmin edib.

Fransa Kuboku, Yarımfinal

2 aprel

Lion – Renn 2:3

3 aprel

PSJ – Nant 3:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button