
Fransa klubu Alvares üçün böyük təklif hazırlayır
“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvardı heyətinə qatmaq istəyən klub PSJ-dir. Paris təmsilçisinin transfer üçün Madrid klubuna 120 milyon avro və əlavə olaraq iki futbolçu təklif etməyə hazır olduğu bildirilir. Həmin oyunçuların adları isə açıqlanmır.
Alvaresin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
O, 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



