“Lans”da yeni baş məşqçi – Rəsmi

Fransa çempionatının vitse-çempionu “Lans” baş məşqçi Pyer Sazla yollarını ayırdıqdan sonra yeni çalışdırıcısını müəyyənləşdirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan sonra komandaya almaniyalı mütəxəssis Dino Toppmöller rəhbərlik edəcək. 45 yaşlı məşqçi ilə müddəti iki il olan müqavilə imzalanıb və o, dərhal işə başlayacaq.

Toppmöller daha əvvəl Frankfurt “Ayntraxt”ında baş məşqçi kimi çalışıb. Onun 3-4-3 taktiki sisteminə üstünlük verdiyi bildirilir və “Lans”ın gələn mövsümdə bu sxemin müxtəlif variantlarını tətbiq edəcəyi gözlənilir.

Liqa 1-in yeni mövsümü avqustun 22-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button