
Fransa çempionatında ən çox maaş alan baş məşqçilərin adları bilindi
Fransa çempionatında ən çox maaş alan baş məşqçilərin adları açıqlanıb.
Komanda.az xəbər verir ki, siyahını “Ekip” nəşri hazırlayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike 1 milyon avro məvaciblə ilk pillədə qərarlaşıb.
“Marsel”dən Roberto De Zerbi 550 min avro maaşla ikinci olubsa, “Lion”dan Paulo Fonseka (320 min avro) ilk üçlüyü tamamlayır.
Liqa 1-də 26 turdan sonra PSJ 68 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



