Nəhayət, Formula 1 start götürdü

Formula 1-də yeni mövsümə start verilib. 

Komanda.az xəbər verir ki, yarış bu gün, Avstriya qran-prisinin sınaq yürüşləri ilə başlayıb. Artıq ilk test yürüşü başlayıb. 

İkinci sınaq Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Yarışa iyulun 5-də yekun vurulacaq.

Formula 1-də yeni mövsümün startı koronavirus səbəbiylə təxirə salınmışdı.