“Flamenqo” “Tottenhem”in təklifindən imtina etdi

Braziliyanın “Flamenqo” klubu futbolçusu Gerson Silva üçün “Tottenhem”dən təklif alıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan London klubu, onun üçün “Flamenqo”ya 16 milyon funt-sterlinq təklif edib. Lakin Braziliya klubu bu təklifdən imtina edib. Gerson da komandadan ayrılmaq niyyətində olmadığını, “Flamenqo”da inkişaf etmək istədiyini bildirib.

Klubla müqaviləsi 2023-cü ilin dekabrında başa çatacaq braziliyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 2 qol vurub.