“Fiorentina” milli üzvünü icarəyə verdi

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Alfred Dunkanın heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qanalı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında “32” nömrəli formanı geyinəcək.

Peşəkar karyerasına “İnter”də başlayan Dunkan, karyerası ərzində “Livorno”, “Sampdoriya”, “Sassuolo”da da forma geyinib. Qana yığmasının üzvü 2020-ci ildən “Fiorentina”nın uğurları üçün çalışırdı.