“Final fitinədək gücdən düşmək istəmirik” – Çerçesov

“Qarabağ” çox yaxşı və hazırlıqlı komandadır”.

Komanda.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Çerçesov rəqibi ilk oyundan sonra yaxşı tanıdıqlarını söyləyib:

“Bəlkə də, bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var. Cari mövsümdə 6 rəsmi qarşılaşma keçirmişik. Zədəli oyunçuların olması normaldır. Ümid edirəm ki, sabahkı oyunda bizə kömək edənlər olacaq”.

Rusiyalı mütəxəssis 90 dəqiqə ərzində rəqibdən üstün olmaq istədiklərini bildirib:

“Sonadək mübarizə aparmaq niyyətindəyik. Final fitinədək gücdən düşmək istəmirik. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.