FİFA ukraynalı futbolçular üçün xüsusi transfer pəncərəsi açdı

FİFA Ukraynadakı müharibə vəziyyəti lə əlaqədar transfer reqlamentinə dəyişiklik edib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Belə ki, ukraynalı futbolçuların başqa komandalara keçə bilmələri üçün xüsusi transfer pəncərəsi açılıb. Keçidlər həmin oyunçuların ölkəni tərk etməsinə icazə verildikdən sonra mümkün ola bilər. Bundan başqa, əcnəbi klublar ikidən artıq ukraynalı futbolçunu heyətinə qata bilməyəcək.

FİFA daha əvvəl əcnəbi futbolçulara Rusiya klubları ilə müqaviləni dayandırmağa icazə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button