FİFA prezidentindən Ukrayna futbolunun rəhbərinə məktub
FİFA prezidenti Canni İnfantino Ukraynda vəfat edən futbolçular – Vitali Sapilo və Dmitri Martinenko ilə bağlı başsağlığı verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İnfantino Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkoya məktub göndərib. O, itkilərlə bağlı kədərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini və hər iki futbolçunun unudulmayacağını deyib.
Sapilo “Karpatı” (Lvov), Martinenko “Qostomel” klubunda forma geyinib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin