İnfantinodan İrana məktub – Hazırlaşın!

FİFA-nın prezidenti Canni İnfantino İrana getməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri İranda qadınların stadionlara girişinin təmin edildiyini özü də yerində görmək istəyir. Bununla bağlı İnfantinonun İran Futbol Federasiyasına məktub yolladığı və yerli çempionat oyunlarından birini stadiondan izləmək istədiyini dediyi bildirilib.

İranda qadınların stadiona girişi 40 il aradan sonra təmin olunub. Belə ki, iranlı qadınlar bir müddət əvvəl yığma komandanın Kamboca ilə oyununu stadiondan izləmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button