“O, nə qədər böyük futbolçu olduğunu bizə göstərəcək”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yarımmüdafiəçi Fermin Lopesin qarşıdan gələn Avropa çempionatında çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”nın futbolçusundan gözləntisinin yüksək olduğunu söyləyib:

“Fermin çox yüksək səviyyədə oynayır, amma diqqətli olmalıyıq. Milli komandada bir çox futbolçu bizə üstünlük verir. Əminik ki, o, nə qədər böyük futbolçu olduğunu bizə göstərəcək”.

21 yaşlı futbolçu İspaniya çempionatının son mövsümündə 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button