“Ferentsvaroş”un müdafiəçisi ”Qarabağ”la oyunu buraxacaq

“Ferentsvaroş”un futbolçusu Henri Uinqo Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov açıqlama verib. Rusiyalı mütəxəssis bildirib ki, kollektiv məşqlərə yenicə başlayan 27 yaşlı müdafiəçi hələlik meydana çıxmağa hazır deyil:

“Ümid edirəm ki, növbəti çempionat oyunu üçün hazır olacaq. Rayan Mmae də səfər matçından əvvəl siyahıda id. Amma pandemiya ilə bağlı Azərbaycana giriş qaydalarına görə bizimlə ilk oyuna gedə bilmədi. Sabah ehtiyat oyunçular skamyasında olacaq və inanıram ki, bizə kömək edə biləcək. Mats Knuster komanda ilə ilk dəfə bazar günü məşq edib. Onun da vəziyyət Mmae ilə oxşardır”.

Avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda (1:1) qalib müəyyənləşməyib – 1:1.