“Fasiləyə üstün yollansaydıq…” – Solari

“Real”ın baş məşqçisi Santyaqo Solarinin İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona”ya məğlub olduqları cavab oyunundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Solari, 0:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Yaxşı oynadıq, enerjimizi yüksəkdə tutduq. Ancaq son vuruşlarda düzgün qərar verə bilmədik. Yaxşı mübarizə apardıq, ancaq olmadı. Çox məyusuq, acı bir məğlubiyyət aldıq.

İlk hisədə qol imkanlarımız oldu. Fasiləyə üstün yollansaydıq, ikinci hissə fərqli olardı. Oyunu biz idarə etdik, amma qapımıza gələn ilk zərbə qol oldu. Sonra da öz qapımıza qol vurduq.”

İlk oyunda öz meydanında “Real”la 1:1 hesablı heç-heçə edən “Barselona” cavab matçında səfərdə rəqibini 3 cavabsız qolla məğlub edərək, İspaniya kubokunda finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button