“Fənərbaxça” koronavirus testindən keçdi

Türkiyənin “Fənərbaxça” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, ötən gün futbolçular, məşqçilər, eləcə də klub çalışanlarından koronavirusla bağlı yeni analizlər götürülüb.

Artıq testlərin nəticəsi də məlumdu. Xəbərdə bildirilir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.

Koronavirus pandemiyasına görə martda dayandırılan Türkiyə Super Liqasında 2019/20 mövsüm sabahdan etibarən bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button