“Fənərbaxça” bunu 9 il sonra bacardı

“Fənərbaxça” Türkiyə Super Liqasının 7-ci turu çərçivəsində səfərdə “Antalyaspor”a 2:1 hesabıyla qalib gəlib.

Komanda.az xəbər verir ki, bu qələbə İstanbul təmsilçisi üçün əlamətdar olub.

Belə ki, “sarı-lacıvərdlilər” 2011/12 mövsümündən bəri ilk dəfə Super Liqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb. Bununla da komanda 9 il sonra ilkə imza atıb.

Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm keçirdiyi 7 oyundan 5-də qalib gəlibsə, 2 görüşdə heç-heçəyə razılaşıb. Hazırda 17 xalı olan komanda 2011/12 mövsümündə də bu qədər xal toplamışdı. Həmin mövsümdə “Fənərbaxça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button