Fərid Qayıbov Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edib

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunları Koordinasiya Komissiyasının iclasına qatılıb.

Bu barədə Komanda.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Tədbirdə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri ilə birgə oyunlara hazırlıq məsələləri müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button