Fərid oynadı, “Viktoriya” öz meydanında uduzdu

Futbol üzrə Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 32 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.