“Fənərbaxça” və “Trabzonspor” oyunçularını bu kluba icarəyə verdi

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”dan Jan Evrar Kuassini və “Fənərbaxça”dan Burak Kapacakı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu 2023-cü ilin yayına kimi icarəyə götürülüb.

Jan Evrar Kuassi bu ilin yanvarından “Trabzonspor”da çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 22 oyuna çıxıb və 1 qol vurub. Fil Dişi Sahilindən olan hücumçu daha öncə Xorvatiyada “Hayduk”un (Split), Çində isə “Şanxay SİPG” və “Vuhan Zall” klublarının da formasını geyinib. 27 yaşlı forvard Fil Dişi Sahili yığmasında da 9 oyuna 1 qol vurub.

Burak Kapacak isə “Fənərbaxça”ya ötən ilin yayında “Bursaspor”dan transfer olunub. 22 yaşlı sol cinah vingeri İstanbul klubunun əsas komandasında cəmi 7 oyuna çıxıb. Bu mövsüm isə o, heç bir oyunda şans qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button