
EYOF-da iştirak edəcək idmançılar Skopyeyə yola düşdülər
Avropa Gənclər Yay Olimpiya Festivalinda (EYOF) iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyəti Şimali Makedoniyaya yola düşüb.
Bu barədə Komanda.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək. Yarış iyulun 20-dən 26-dək iki ölkədə – Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



