
EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər məlum olub
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib.
Bu barədə Komanda.az-a Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla Həşimova, Məryəm Hüseynova, Nihad Xudoyev, Çingiz İsayev və Asiman Qasımov mübarizə aparacaq.
Məşqçi Mirzə Quliyevin və mexanik Elçin Rzazadənin rəhbərliyi altında isə dağ velosipedçiləri (MTB) üzrə Marina Akimova və Əli Zeynalzadə yarışacaq.
Festival iyulun 22–26-sı aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



