Ançelottidən “Liverpul”a: “Çoxlu stadionlar var, niyə bizim arenada?”

“Everton”un baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan italyan mütəxəssis, “Liverpul”un çempionluğu haqda danışıb:

“Düşünürəm ki, “Liverpul” Premyer Liqanı qazanacaq. Ümid edirəm ki, bunu “Qudison Park”da elan etməzlər. Çoxlu stadionlar var, niyə bizim arenada?”

Mersisaydı təmsil edən “Everton” və “Liverpul” klubları əzəli rəqibdirlər. “Everton” ev oyunlarını “Qudison Park”da keçirir.

Premyer Liqada lider olan “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”dən 22 xal qabaqdadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button