
Erməni futbolçu rəqabətdən şikayətləndi
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan komanda daxilindəki rəqabət barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, erməni futbolçu indi hər kəsin oyunlarda maksimumunu verdiyini bildirib:
“İndi hər kəs maksimumunu verir. Ötən mövsümdən fərqli olaraq, kimin oynayacağını əvvəlcədən bilmirik. O zaman yarımmüdafiə xətti həmişə Mxitaryan, Nikola Barella və Hakan Çalhanoğlu ilə formalaşırdı”.
37 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 21 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası 22 turdan sonra A Seriyasında 52 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



