Ərəblər “Everton”un hücumçusu ilə razılıq əldə edib

“Everton”un hücumçusu Demaray Qrey karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Şabab” 27 yaşlı yamaykalı ilə şifahi razılıq əldə edib.

Qrey 2022/23 mövsümündə Premyer Liqa klubunun heyətində 36 oyuna çıxıb, altı qol vurub, bir məhsuldar ötürmə edib.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button