“Ən yaxşı performansımızla hər kəsə qalib gələ bilərik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 22-ci turunda “Vulverhempton”la keçiriləcək oyun haqda danışıb.

Komanda.az “Mançester Yunayted”in rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının qalib gələcəyinə əmin olduğunu deyib:

“Biz bilirik ki, ən yaxşı performansımızla hər kəsə qalib gələ bilərik və komandadakı hər kəs buna çox əmindir. Üstəlik, zədəli futbolçuların qayıtması ilə komandanın daha da güclənəcəyini bilirik. Bu, həm də komandada motivasiyanı artırır”.

22 turdan sonra “Mançester Yunayted” 32 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button