“Emin “Neftçi”də qalsa, Azərbaycanda ən çox maaş alan üç futbolçudan biri olacaq” – Kamran Quliyev

“Neftçi” klubu ilə İtaliya brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

Tərəflər iki illik sözləşməyə imza atıblar. Tədbirdə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, klubun vitse-prezidenti Elnur Eyvazov, “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati və jurnalistlər iştirak ediblər.

Komanda.az xəbər verir ki, tədbirdə “Neftçi”nin prezidenti jurnalistlərin suallarını cavablandırıb:

“Emin Mahmudov “Neftçi”də qalsa, Azərbaycanda ən çox maaş alan üç futbolçudan biri olacaq”.

Klub prezidenti müqavilə müddəti iyunun sonuna qədər olan kapitan Emin Mahmudova yüksək məbləğdə məvacib təklif etdiklərini gizlətməyib. O, yekun qərarın Azərbaycan kubokunun final matçından sonra veriləcəyini deyib:

“Azərbaycan futbolçuları ölkə çempionatında pik səviyyəyə çatandan sonra başlayırlar düşünməyə. Emin Mahmudov da heç bir qərar verməyib. Onunla 3-4 gün əvvəl şəxsən söhbətim olub. Kubokun final oyunundan sonra birlikdə oturub qərar verəcəyik. Söhbət təkcə maddiyyatdan getmir. Təklifimiz çox yaxşıdır, digər illərlə müqayisədə rəqəmlər yüksəkdir”.

Kamran Quliyev yarımmüdafiəçinin legioner həyatı yaşamaq ehtimalını da istisna etməyib:

“Emin xaricə getməli olsa, özü üçün yeni macəra axtaracaq. Amma hələ qərar verilməyib”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button