Emin Mahmudov – 50!

“Neftçi” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Sabah”ı məğlub edib (1:0). Matçda yeganə qolu “ağ-qaralar”ın kapitanı Emin Mahmudov vurub.

Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, həmin qol Mahmudov üçün əlamətdar olub. O, 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib.

Emin bu qollardan 38-nə Premyer Liqada imza atıb. Təcrübəli oyunçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçudur. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button