Elxan Məmmədovun sədrliyi ilə UEFA Komitəsinin növbəti iclası keçirilib

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) 2021-ci ildə ilk iclası keçirilib.

Komanda.az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbir videokonfrans formatında təşkil olunub.

İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.