Çempion uduzdu, lider çətin qələbəyə sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Qaradağ Löbatan” “Zirə-2”-ni, “Zaqatala” isə “Neftçi-2”-ni məğlub edib.

“Kəpəz” “Qarabağ”ın əvəzedici komandası üzərində minimal hesablı qələbə qazanıb. “Keşlə-2” isə azlıqda qalmasına baxmayaraq, “Ağsu”nu darmadağın edib.

Tura bu gün keçirilən 2 qarşılaşma ilə yekun vurulub. Son çempion MOİK doğma meydanda “Sabah”ın əvəzedicilərinə uduzub. Lider “Turan Tovuz” isə “Sumqayıt”ın əvəzediciləri ilə görüşdə çətin qələbəyə sevinib.

Bu tur “Səbail-2” komandası istirahət edib.

Birinci divizion, 7-ci tur

18 oktyabr

Qaradağ Lökbatan – Zirə-2 1:0
Qol:
Rövşən Şahmuradov, 81.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Neftçi-2 – Zaqatala 1:2
Qol:
Əlibəy Məmmədli, 63 – Famil Camalov 40-pen. Coşqun Əsədzadə, 86-avtoqol.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Kərim Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

Kəpəz – Qarabağ-2 1:0
Qol:
Nodar Məmmədov, 84-pen.
Qırmızı vərəqə: Zamiq Əliyev, 83 (“Qarabağ-2”)
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu

Keşlə-2 – Ağsu 4:0
Qol:
Elmir Rəhimzadə, 61; 77. Xəzər Mahmudov, 62; 68.
Qırmızı vərəqə: Asif Vəliyev, 56 (“Keşlə-2”)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“AZAL Arena”

19 oktyabr

MOİK – Sabah-2 0:2
Qol: Emil Qasımov, 62; 74-pen.
Hakimlər
: Rauf Cabarov, Nahid Əliyev, Elxan Əsgərzadə, İnqilab Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Sumqayıt-2 – Turan Tovuz 1:2
Qol: İbrahim Əliyev, 11 – Rüfət Məmmədov, 45. Murad Hüseynov, 90+5.
Hakimlər
: Vüqar Həsənli, Eyyub İbrahimov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Sumqayıt Arena” (ehtiyat meydança).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button