
“Əl-Hilal” Rafinya ilə bağlı iddialara cavab verib
“Əl-Hilal” “Barselona”nın futbolçusu Rafinyanın transferi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu ilə danışıqlar aparmadığını və onu yay transfer dövrü üçün hədəf kimi nəzərdən keçirmədiyini bildirib. Komanda bu iddialardan narazı olduğunu qeyd edib.
Rafinya da daha əvvəl dəfələrlə yaxın vaxtlarda “Barselona”dan ayrılmaq niyyətində olmadığını bildirib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



